Şrift:
Liviya OPEC üzrə neft hasilatının azaldılmasında iştirak etmək niyyətində deyil
29.11.2016 [10:16] - İqtisadiyyat
Liviya yaxın gələcəkdə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının azaldılmasında iştirak etmək niyyətində deyil.

B barədə Liviyanın Milli Neft Korporasiyasının (NOC) saytında dərc edilmiş bəyanatda deyilir. NOC-un sədri Mustafa Sanalla deyib ki, buna səbəb Liviyadakı təhlükəli iqtisadi vəziyyətdir.

Qeyd edək ki, OPEC-ə üzv ölkələr təşkilatın sentyabrın 29-da Əlcəzairdəki qeyri-rəsmi iclasında neft bazarında sabitliyin yaranması üçün hasilatın gündəlik 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılmasına qərar veriblər. Hazırda OPEC və qeyri-OPEC ölkələri istehsalın nə qədər azaldılacağını müəyyənləşdirməyə çalışırlar. OPEC-in Nazirlər Şurasının 171-ci iclası noyabrın 30-da Vyanada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed