Şrift:
Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb
29.11.2016 [10:29] - Gündəm, Sosial
Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.

25 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.

Qurban bayramında isə 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.

Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed