Şrift:
Azərbaycan UNESCO-dan cavab gözləyir- Lavaşa görə
29.11.2016 [10:59] - Gündəm, Mədəniyyət
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb.

Dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir.
İclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanan və YUNESKO-ya təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti"nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed