Şrift:
"Şah İsmayıl haqda film çəkmək üçün iki nazirin dəstəyi lazımdır" - Türkiyəli rejissor
29.11.2016 [14:47] - Gündəm, Mədəniyyət
Noyabr ayının 22-dən Bakıda start verən “Türk Filmləri Həftəsi” ötən həftəsonu bitdi. Qardaş Türkiyədən ölkəmizə təşrif buyurmuş sənətçilər: məşhur və istedadlı aktyorlar, dəyərli rejissorlar bir həftə boyunca həm Bakıda, həm də Sumqayıtda qonaq oldular. Şəhidlər Xiyabanından başlayaraq həm paytaxtın, həm də Sumqayıtın gəzməli, görməli yerlərini gəzib-gördülər, ziyarət edirlər.

Türkiyəli sənətçilərin Azərbaycandan hansı təəssüratlarla ayrıldığını əminliklə deyə bilməəsk də, onu tam əmin ola bilərik ki, həm “Türk Filmləri Həftəsi - Bakı” çərçivəsində göstərilən filmlər, həm də məşhur sənətçilər haqqında bizimkilər hələ çox danışacaqlar. Çünki həm filmlər, həm də aktyorlar, rejissorlar bir həftə ərzində jurnalistlərlə, azərbaycanlı sənət adamları ilə o qədər qaynayıb-qarışdılar ki, özlərinin də dediyi kimi, başqa ölkədə olduqlarının fərqinə belə varmadılar.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed