Şrift:
Kənd təsərrüfatı məhsulu istehsalı 1,8 faiz artıb
30.11.2016 [10:21] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı sahəsində ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4 milyard 959,7 milyon manat təşkil edib. Bunun da 2 milyard 511,4 milyon manatı heyvandarlıq, 2 milyard 448,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları 1,2 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed