Şrift:
“Qarabağ” “Qəbələ”yə qalib gələrək liderliyə yüksəlib
30.11.2016 [10:21] - Gündəm, İdman
Noyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Turun son oyununda “Qarabağ” “Qəbələ” ilə qarşılaşıb.

Turnir cədvəlinin liderini müəyyən edən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

İkinci hissədə “Qəbələ” futbolçusu Filip Ozobiç adını tabloya yazdırıb - 0:1. Növbəti qol oyunun 87-ci dəqiqəsində meydan sahibləri tərəfindən vurulub. Belə ki, “Qəbələ”nin müdafiəçisinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub və Riçard Almeyda hesabı bərabərləşdirib - 1:1. Gərgin mübarizə şəraitində keçən matçın 90+5 dəqiqəsində Qurban Qurbanovun komandası qalibiyyət qolunu vurmağı bacarıb. Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, XIII turun yekununda xallarını 31-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyi ələ keçirib. Cari çempionatda ilk məğlubiyyətlə üzləşən “Qəbələ” isə 28 xalla ikinci pillədə yer alıb.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed