Şrift:
Görmə qabiliyyətini itirmiş insanlar üçün “ağıllı” əl ağacı
30.11.2016 [10:22] - Gündəm, Sosial
Böyük Britaniya istehsalçıları görmə qabiliyyətini itirmiş insanlar üçün “ağıllı” əl ağacının prototipini hazırlayıblar.

MySmartCane adlı qurğu 3D-printerdə çap edilmiş tənzimləyici və korpusdan ibarətdir.

Ağacına quraşdırılmış ultrasəs tənzimləyicisi məsafəni izləyir. Məsafə azaldıqca səs siqnalı adi qulaqlıq vasitəsilə ötürülür.

İstehsalçının sözlərinə görə, əl ağacının təkmilləşdirilmiş variantında səs siqnalının vibrasiya ilə əvəzlənməsi nəzərdə tutulur. Bu üsul insanların çox olduğu ərazilərdə daha yaxşı nəticə verəcək.

Qeyd edək ki, tamamilə görməyən və zəif görən insanlar ictimai yerlərdə istiqaməti müəyyənləşdirmək üçün ağ rəngli əl ağaclarından istifadə edirlər ki, bu da beynəlxalq aləmdə qəbul olunmuş nişandır. Klassik variantda isə onlar müxtəlif formalı ucluqları olan uzun elastik əl ağacından ibarətdir.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed