Şrift:
Gələn il Bakıda keçiriləcək Formula-1 yarışının tarixi və adı dəyişdirilib
01.12.2016 [10:08] - Gündəm, İdman, Bildiriş
Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. İclasda gələnilki mövsümün təqvimi təsdiq olunub.

Təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də Azərbaycan olub. Çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda təşkil olunmuşdu və bu, azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də Bakı mərhələsinin iyunun 18-də təşkil olunacağı bildirilmişdi və bu yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.

Təsdiqlənən yeni təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – iyunun 25-də baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran-prisinin təqvimdən çıxarılması olub.

Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran-prisi kim tanınacaq.

Mövsüm 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliyada başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed