01.12.2016 [10:12] - Gündəm, İqtisadiyyat
“Elektron hökumət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müqaviləni Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və “Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıblar.
Müqavilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının 2-ci hissəsinə əsasən “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün açıq açar infrastrukturunun qurulması” layihəsi çərçivəsində imzalanıb.
Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcək. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.
Bu gün imzalanan müqavilə elektron hökumətin inkişafında ən mühüm addımlardan sayılır.

Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |