Şrift:
"Azercell" internet tarif paketlərində dəyişiklik edəcək
01.12.2016 [10:22] - Gündəm, Sosial
Yanvarın 11-dən etibarən "Azercell Telecom" şirkətinin “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internetin həcmi istifadə müddətindən tez bitdikdə müvafiq müddətin sonunadək internet istifadəsi dayandırılacaq.
Bununla da “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internet həcmindən əlavə istifadə edilən hər 1 MB üçün 0,07 manat tarifi tətbiq edilməyəcək.
Müvafiq tarif paketi yenilənənədək internet istifadəsini davam etmək istəyən abunəçilər birdəfəlik internet paketləri və ya digər şərtləri olan internet paketləri əldə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed