01.12.2016 [10:30] - İdman
UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Sent-Etyen” maraqlı addımla diqqət mərkəzinə gəlib. Fransız klubu təyyarə qəzası keçirən “Şapekoense”yə mənəvi dəstək olmaq üçün jest edəcək.
Belə ki, Fransa Liqa 1-in XV turunda “Marsel”lə qarşılaşacaq “yaşıllar” oyuna xüsusi hazırlanmış formalarda çıxacaqlar. Klub formanın sinəsində öz loqoları ilə bərabər Braziliya təmsilçisinin embleminə də yer verəcək.
Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onların sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Tieqo de Xesus (“Xəzər Lənkəran”) və Filipe Maçado (“İnter”) da var.

Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |