Şrift:
“Fənərbaxça” və “Qalatasaray”dan uğursuz start
01.12.2016 [10:31] - İdman
Türkiyə kubokunda qrup mərhələsinin ilk turunun oyunları davam edir. A, C, E və G qruplarında mübarizəyə start verilib.

A qrupunda “Şanlıurfaspor” “Kırklarelispor”u 4:1 hesabıyla məğlub edib.

C qrupunda “Mənəmən Bələdiyyəspor” “Amedspor”u 2:1 hesabıyla üstələyib. Bu qrupdakı digər oyunda “Fənərbaxça” “Gəncləbirliyi”ni qəbul edib. “Sarı-bülbüllər” kubokun qrup mərhələsinə uğursuz start verib.

Qarşılaşmanın 10-cu dəqiqəsində İsmayıl Köybaşının qırmızı vərəqə almasıyla meydanda azlıqda qalan İstanbul təmsilçisi matçın 24-cü dəqiqəsində Yiğithan Güvelinin qoluyla oyunda önə keçib. Ancaq “Fənər” bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. Ankara təmsilçisi Tokelo Ranti və İrfan Can Kahvecinin qollarıyla oyundan 2:1 hesablı qələbəylə ayrılıb.

E qrupunda “Tuzlaspor” “Ərzincan Refahiyespor”u 4:0 hesabıyla üstələyib. Qrupun digər oyununda “Qalatasaray” “Elazığspor”la qarşılaşıb. “Cim-bom” oyunun 41-ci dəqiqəsində Lionel Karolenin qoluyla oyunda hesabı açıb. “Aslanlar” qələbəni yalnız oyuna əlavə olunmuş 3-cü dəqiqə dəqiqədə əldən verib. Murat Kayalı penalti zərbəsi ilə “Elazığspor”u məğlubiyyətdən xilas edən qola imza atıb.

G qrupunda “Busaspor” “Akhisar”la qarşılaşıb. Bursa təmsilçisinin şərəfini qoruyan millimizin üzvü Dəniz Yılmaz bu oyunun iştirak ərizəsinə salınmayıb. Qarşılaşma 3:3 hesablı bərabərliklə nəticələnib.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed