Şrift:
Dünya şahmat tacının qalibi bəlli oldu
01.12.2016 [10:32] - Gündəm, İdman
Dünya şahmat tacı uğrunda görüşün qalibi müəyyənləşib. Norveç qrossmeysteri Maqnus Karlsen Sergey Karyakinlə (Rusiya) mübarizədən qalib ayrılıb.

Nyu-Yorkda keçirilən görüşün əsas oyunlarında bərabərlik qeydə alınıb. Qrossmeysterlər 12 oyunun hərəsində 1 dəfə qələbə qazanıb, digərlərində “sülh” bağlayıb – 6:6.

Bu səbəbdən də şahmatçılar mübarizəni rapid matçlarda davam etdiriblər. Sürətli oyunlarda 3:1 hesabı ilə qələbə qazanan Karlsen 2013-cü ildən yiyələndiyi titulu özündə saxlayıb.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed