01.12.2016 [14:02] - Gündəm, İqtisadiyyat
“Bakutel-2016” sərgisində Belarus Respublikasının milli stendi “Ən orijinal stend” sertifikatına layiq görülüb.
Builki Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində dünyanın 18 ölkəsindən 200-dək şirkət təqdim olunub. Milli stendləri ilə təmsil olunan ölkələr arasında Belarus Respublikasının stendi də yer alıb.
Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb.
Milli stendlər çərçivəsində Belarusun 7 qurumu öz imkanlarını nümayiş etdirib. Bunlar “Beltelekom”, “Belpoçta”, “Qiprosvyaz”, “PROMSVYAZ”, Tətbiqi Sistem Proqramları İnstitutu, Belarus Dövlət Rabitə Akademiyası, “Mobil Telesistemlər”, eləcə də Rabitə Nazirliyinin İnformasiyalaşdırma Departamentidir.

Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |