01.12.2016 [14:05] - Gündəm, Mədəniyyət
Dekabrın 1-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun rəsmi açılış mərasimi keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən bildirilib ki, dekabrın 3-dək davam edəcək forum çərçivəsində plenar iclaslar, “dəyirmi masa”lar və kino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə master-klaslar keçirilməsi planlaşdırılır. Mədəni proqram çərçivəsində forum iştirakçılarının Ermitaj, “Rus muzeyi”, Mariinski və Mixaylovski teatrları, Boris Eyfmanın Balet Teatrı ilə tanışlıq, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.
Forumda mədəniyyət nazirləri, diplomatik missiyaların başçıları, Rusiyanın aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət xadimləri, beynəlxalq mədəni əməkdaşlıq sahəsində mütəxəssislər iştirak edir.
Qeyd edək ki, forumun ikinci günü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanması nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |