Şrift:
Azərbaycan OPEK-in dekabr görüşündə iştirak edəcəkmi?
01.12.2016 [14:09] - Gündəm, İqtisadiyyat
Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in quruma üzv olmayan ölkələrlə dekabrın 9-a təyin olunan görüşündə iştirak edə bilər.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

N.Əliyev görüşdə müvafiq dəvətin alınacağı və bu iclasda iştirakın məqsədəuyğunluğu barədə qərar qəbul olunacağı təqdirdə iştirak edəcək.

Məlumatda deyilir: “Hesab edirik ki, bu iclasda OPEK-ə üzv olmayan ölkələrin neft hasilatının nə qədər azaltması barədə qərar qəbul olunacaq. Azərbaycan irəli sürülən təklifləri qəbul etməyə və neft qiymətlərinin qalxmasına təkan verməyə hazırdır.”

OPEK-in daha öncə noyabrın 28-də Venada nəzərdə tutulan iclası Səudiyyə Ərəbistanının iclasda iştirak etməkdən imtina etməsi səbəbindən təxirə düşmüşdü.

Həmin iclasda Azərbaycanın energetika naziri N.Əliyev də iştirak etməli idi.

Qeyd edək ki, ötən gün baş tutan iclasda OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.
İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed