Şrift:
SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilməsi barədə açıqlama yayıb
02.12.2016 [10:14] - Gündəm, İqtisadiyyat
Bu gün SOCAR Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuata açıqlama verib.
Açıqlamada deyilir: “SOCAR Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıb. 2013-cü il iyunun 21-də Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb".
Məlumatda qeyd olunub ki, SOCAR, SNAM və Satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıb: "Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılamaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".
SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir göstərməyəcəyi qənaətindədir.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed