Şrift:
Yeni ili Azərbaycanda qarşılamaq istəyən əcnəbi turistlərin sayı artıb
02.12.2016 [10:21] - Gündəm, Sosial
Qusar rayonunun ərazisində yerləşən Şahdağ Turizm Mərkəzində Yeni il bayramı ilə əlaqədar ayrılan paketlərin hamısı əvvəlcədən sifariş olunub.

Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva müsahibəsində bildirib ki, paketləri əvvəlcədən bron edənlər arasında yerli, həm də əcnəbi turistlər var. Rusiya, Ukrayna və ərəb ölkələrindən olan qonaqlar hətta bir ay öncədən sifariş veriblər. Şahdağ Turizm Mərkəzində Yeni il paketləri bu ilin dekabrın 28-dən 2017-ci ilin yanvar ayının 5-dək olan müddəti əhatə edir.

Mərkəzdə bu qış mövsümünə dekabrın ikinci ongünlüyündə start veriləcək. Xizəkçilik prioritet əyləncə növü kimi qalsa da, bu mövsümdən qonaqlara ekstrim idman növü olan paraplan və atıcılıq xidmətləri də göstəriləcək. Bununla yanaşı, Şahdağ Turizm Mərkəzinə gələn turistləri bir sıra yeniliklər də gözləyir.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed