Şrift:
Novak: Rusiya OPEC üzvü olmayan ölkələrlə hasilatın azaldılmasına dair məsləhətləşmələr aparır
02.12.2016 [10:31] - Gündəm, İqtisadiyyat
OPEC ölkələri kimi, Rusiya da kartelə daxil olmayan ölkələrlə neft hasilatının azaldılması ilə bağlı danışıqlar və məsləhətləşmələr aparır. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak məlumat verib.

A.Novak deyib: “Noyabrın 30-da qeyri-OPEC ölkələri ilə məsləhətləşmələr aparan OPEC nümayəndələri bu ölkələrin adlarını açıqlayıb. Biz də müvafiq danışıqlar, məsləhətləşmələr aparırıq. Hesab edirik ki, bu sövdələşmədə həqiqətən iştirak edə biləcək ölkələr var. Bu, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Bəhreyn və digər dövlətlərdir. Hazırda bu istiqamətdə işlər gedir”.

Noyabrın 30-da OPEC-də 2017-ci il yanvarın 1-dən neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması (32,5 milyon barrelədək) barədə razılıq əldə olunub. Bu saziş kartel üzvü olmayan ölkələrin iştirakını da nəzərdə tutur. Onların hasilatı ümumən gündəlik 600 min barrel azaldılmalıdır. Rusiya bu həcmin 300 min barrelini təmin etməyə razılaşıb.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed