02.12.2016 [10:36] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Dekabrın 1-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin təntənəli bağlanış mərasimi olub.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının iştirakçıları, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.
Bağlanış mərasimindən əvvəl teatrın foyesində TÜRKSOY-un rəsm sərgisinin açılışı olub. Sərgidə türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssamın Şəkidə olduqları müddətdə çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sənətkarları, sadə insanları əks olunub. Sərgidə nümayiş etdirilən əsərlərin bir qismi daha sonra TÜRKSOY-un iqamətgahına göndəriləcək.
Şəkili rəssam Mənsur Əzizlinin “Nar” əsəri təşkilatçılar tərəfindən xüsusilə yüksək qiymətləndirilib və o, sərginin qalibi seçilib.
Tədbirdə Şəkinin “Zirvə” ansamblı, yerli və paytaxtdan gəlmiş incəsənət ustaları, rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb, şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, belə tədbirlər türk xalqları arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov il çərçivəsində nəzərdə tutulan tədbirlərin keçirilməsinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərlərinə şəhər sakinləri adından təşəkkür edib. Qurumların rəhbərlərinə Şəkidə toxunan xalça hədiyyə olunub.
Sonda Elxan Usubov “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzi simvolunu 2017-ci il üçün yeni mədəniyyət paytaxtı seçilmiş Qazaxıstan Respublikasının Türküstan şəhərinin meri Alıpbek Userbayevə təqdim edib.

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |