02.12.2016 [11:04] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Münaqişənin uzadılmasında maraqlı görünür və bu vasitə ilə də tərəflərə, daha çox da Azərbaycana təzyiq yolunu seçir"
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Ermənistan vətəndaş cəmiyyəti kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı məqaləsində bildirilir ki, 2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb.
O qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib: "Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir".
Ramiz Mehdiyev problem üzərində çirkin biznes quranları və həmin yönlü siyasət yürüdənləri deməklə nəyi nəzərdə tutub?
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu münaqişədən doğrudan da öz maraqları üçün istifadə etməyə çalışan qüvvələr var: "Problemin mövcud olduğu dövr və bu müddət ərzində nizamlanma istiqamətində ortaya qoyulan səylərdəki qeyri-səmimilik göstərdi ki, əksər ölkələr bu münaqişənin uzadılmasında maraqlıdır. Mənə elə gəlir ki, biz problemin adına düzgün yanaşmalıyıq. Bu, Dağlıq Qarabağ problemi kontekstindən çıxıb. Daha yaxşı olar ki, buna Ermənistan-Azərbaycan müharibəsi deyək. Hesab edirəm ki, proseslərə daha ciddi təsir imkanına malik olan Rusiya bu məsələ üzərində daha çox alver edir. Münaqişənin uzadılmasında maraqlı görünür və bu vasitə ilə də tərəflərə, daha çox da Azərbaycana təzyiq yolunu seçir. Digər ölkələr də bu kontekstdə öz maraqları üçün hərəkət edir. Rusiyanın maraqları çox olduğu üçün həmin ölkənin adını xüsusilə qeyd etdim. Hesab edirəm ki, bu istiqamətdə Türkiyə tam səmimi olan niyyətini ortaya qoyur. Onun da problemi nizamlamaq üçün gücü yetərli deyil".

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |