Şrift:
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yubiley oyununa çıxmağa hazırlaşır
02.12.2016 [14:59] - İdman
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində keçiriləcək “Qəbələ”-“Zaqatala” qarşılaşması meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk üçün yubiley matçı olacaq.

Ötən ilin əvvəlindən komandanı çalışdıran ukraynalı mütəxəssisin rəhbərliyi altında “qırmızı-qaralar” 100-cü oyununa çıxacaq.

Üç müxtəlif turnirdə (Topaz Premyer Liqası, ölkə kuboku və Avropa Liqası) keçirdiyi 99 matçda 51 yaşlı çalışdırıcı 46 oyunu qalibiyyətlə, 26 qarşılaşmanı “sülhlə”, 27 matçı isə xalsız başa vurub. Şimal-qərb təmsilçisi rəqib qapılarını 146 dəfə silkələyib, qapısından isə 89 top buraxıb.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed