Şrift:
Səhiyyə Nazirliyi: Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılmayıb
02.12.2016 [15:13] - Gündəm, Sosial
Azərbaycanda özəlləşdiriləcək 11 səhiyyə müəssisəsi içərisində Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur.

Özəlləşdirilməsi nəzərdə tutuluan 11 xəstəxana təsərrüfat hesablı ambulator müəssisədir. Onların arasında Mərkəzi Dənizçilər Xəstəxanası, Mərkəzi Dəmiryolu Xəstəxanası da var. Mərkəzi Neftçilər Xəstəxanasının isə özəlləşdirilməsi nəzərdə tutulmur.

Səhiyyə Nazirliyi APA-ya bu məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, bəzi mətbuat orqanlarında özəlləşdiriləcək tibb müəsisələrinin arasında Mərkəzi Neftçilər Xəstəxanasının olduğu qeyd olunub. Amma Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdiirlməsi nəzərdə tutulan 11 tibb müəsisəsi arasında siyahısında yer almayıb.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed