Şrift:
Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib
03.12.2016 [10:42] - Gündəm, İdman
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.
İclasda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, “Bakı 2017” IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.
Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb. “Bakı 2017” IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed