03.12.2016 [10:54] - Gündəm, İslam dini, Hüquq
Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən, dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada daha bir reyd keçirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib edilməməsinin müəyyənləşdirilməsindən ibarət olub.
Baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |