Şrift:
Güney Azərbaycanda bu il Urmu Gölünün nicatı ili adlandırıldı
23.03.2012 [15:31] - Güney Azərbaycan xəbərləri
Azərbaycanın Milli Hərəkat fəalları xalqımızın diqqətini Urmu Gölü faciəsinə yönəltməyə çalışırlar.Bununla bağlı ictimai şəbəkələrdə geniş məlumat yayılıb və 1391-ci il Urmu Gölünün nicatı ili kimi adlandırılıb.Milli Hərəkat fəallarının bu qərarı, Urmu Gölü faciəsinin dərinliyinə dəlalət edir. Yayılan məlumatlara görə, Gölün suyun səthi sürətlə aşağı düşür və Urmu Gölü son nəfəslərini çəkir.Ümid olunur ki, bu il bütün fəal qüvvələr Urmu Gölü ilə bağlı daha da fəal olub və bu zəmində İranın anti Azərbaycan rejiminə öz ciddi mesajlarını verəcəklər. Ola bilsin ki, bu vasitə ilə rejimi, önləyici tədbirlərin alınmasına məcbur edib və Azərbaycanın gəlini kimi tanınan tarixi Gölü qurtarmaq mümkün olsun.
Bu xəbər oxucular tərəfindən 2205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed