23.03.2012 [15:57] - Xəbərlər
Avropa Parlamenti ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun həmsədrliyində Fransanın əvəzlənməsini istəyir.Martın 22-də Avropa Parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə bir sıra təkliflər yer alıb. Bu təkliflərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın mandatının əvəzlənməsi ilə əlaqədardır. Qeyd edək ki, Xarici əlaqələr komissiyasında qəbul edilən sənəd Avropa Parlamentinin ümumi iclasında səsverməyə çıxarılmalıdır. Sənədin bir ay sonra Avropa Parlamentində səsverməyə çıxarılması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |