Şrift:
Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub
05.12.2016 [10:20] - İdman
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, yarış ACF, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin də yeniyetmə cüdoçuları mübarizə aparıblar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edib.
Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turnirin görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası idarə edib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da təşkil olunub.
Oğlanlar və qızlar arasında keçirilən yarışda ümumi hesabda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filalı komandası birinci yeri tutub. Beynəlxalq turnirin qalib və mükafatçılarına medallar, eləcə də Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər,İdman Baş İdarəsinin diplomları, hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed