05.12.2016 [10:21] - Gündəm, Gənclik, DAVAMın yazıları
Çar Rusiyası və Qacar Türk Xanədanlığı arasında Azərbaycan torpaqları uğrunda başlayan müharibənin qızğın dövrü idi. Artıq vətənimizin demək olar ki, bütün güney hissəsi gavur ruslardan təmizlənsə də quzey uğrunda savaşlar səngimirdi. Qəhrəman Abbas Mirzənin rəşadətli, özünü müdafiə qüvvələri torpaqlarımızın hər qarışı uğrunda canları bahasına mübarizə aparır, onlarla, yüzlərlə igidimiz rusların xain toplarına, muşketlərinə qurban gedirdi. Belə bir zamanda Osmanlı imperiyası da Avropa ilə səngiməyən böhran yaşayırdı. Bir dövlət guya onunla dost ikən, digəri onu arxadan vurmağa çalışırdı. Qərbdə də, Şərqdə də Türklərə qarşı böyük oyun davam edirdi...
Sadə bir sənətkar ailəsindən olan Əhməd də qardaşları, atası kimi Abbas Mirzənin ordusunda xidmət edirdi. Yaşı iyirmidən azca artıq olan bu gənc dəliqanlınınsa vətəndən başqa bir dərdi də var idi. Haradasa, iki il bundan qabaq Osmanlı sərhədində bəy ailəsindən olan Leyla adlı gənc, gözəlliyilə bütün əyaləti, hətta ölkənin çox hissəsini heyran edən xanım onun ağlını başından almışdı.
Əhməd ilə Leyla ilk dəfə Leylanın ailəsi Qacar Xanədanlığından bir bəyə qonaq gələrkən, məşhur Xudafərin körpüsü yaxınlığında tanış olmuşdular. Leyla o zaman onu gətirən faytonun pəncərəsindən baxıb möhtəşəm Azərbaycan məmləkətinin gözəlliyindən həzz alırdı. Əhməd də təsadüfən orada dostlarıyla kiçik bir ev tikintisinə başlamışdı. Bu evi tikməyə kömək etməyinisə ondan xalası oğlu Mənsur xahiş etmişdi...
Elə bir Tanrının qutsal mələkləri o an Leylanın çiyninə qonmuşdular. Çünki Əhməd ilk dəfə onu görəndə ona elə gəldi ki, Leyla günəş kimi bərq vurur, işıq saçırdı. Elə bir neçə saniyənin içində bir-birini təsadüfən, yerli xalqın deyimi ilə isə “taleyin yazısı əsasında” görən gənclər aşiq oldular. Həm də dəlicəsinə...
Leylanı görən, ona bütün varlığıyla vurulan Əhməd qədim bir türkünü qeyri-ixtiyari şəkildə zümzümə etməyə başladı:
Kərpic, kərpic üstünə qurdum binanı,
Binanı qurar ikən gördüm ki, Leylanı,
Leyla başıma açdı hər cür bəlanı...
Ah, Leyla, Leyla, Leyla, etmə bu nazı,
Gəl barışaq, baban qıysın nikahı...
Beləcə hər iki aşiq uzun müddət onları tovlayan ilahi eşq ilə yanıb-alışdılar...
Düzdür, o zamanlar artıq Osmanlıyla normal münasibətlər bərpa edilmişdi, ancaq hər iki tərəfdən xalqın müəyyən kütləsi hələdə 3 əsrdir davam edən qardaş düşmənliyini sürdürürdü. Eləcə də Əhmədin ailəsi...
Əhməd atasına vəziyyətini açıqlayanda aldığı cavab çox sərt və üzücü olmuşdu:
- Biz sünnidən qız almarıq...
Bəli, elə bu cümlə bəs idi ki, Əhmədin dünya-aləm başına dağılsın. Qalan bütün xırdalıqların, xüsusən də Leylanın bəy, Əhmədin rəiyyət əhlindən olmasının bir mənası yox idi, bu təriqət məsələsinin yanında...
Ta Osmanlı-Səfəvi müharibələri başlayan zamanlardan Avropanın cəsuslarının, onların təsiriylə bəzi ərəb “etno-məhzəbçilər”-inin və özəlliklə farsların xüsusi təbliğatı nəticəsində canı bir, qanı bir, dili bir, dini bir olan Anadolu və Azərbaycan Türkləri sırf məzhəb, təriqət və soy məsələləri üzündən bir birinə düşmən edilmişdilər. Bəli, bu məhz elə idi, onlar xüsusilə böyük “beyin imperatorluqları”-nın sifarişi əsasında məcburi şəkildə bir-birilərinə qarşı çıxmışdılar...
Əhməd heç nəyə baxmayaraq bir müddət sonra ailəsini razı sala bilmişdi. Və Leylanı istəmək üçün bir neçə dostu ilə, öncədən ayırdığı, atasının borc-xərclə aldığı hədiyyələrlə Anadoluya – əzəli Türk yurduna - Osmanlı Xanədanlığına səfər etdi. Ancaq o zaman da Leylanın ailəsi ona acı xəbəri verdi, Leyla atasının və bir neçə kişi qohumunun qərarıyla o zamanın Misir əmirinin gəlini olmaq üçün göndərilmişdi. Əhmədin yaralı ürəyi bu xəbərdən sonra param-parça oldu və o uşaq kimi ağlayaraq diz çöküb qədim türkünün bu bəndini zümzümə etdi:
Kərpic, kərpic üstünə düzdüm bir sıra,
Leyladan xəbər aldım getmiş, Misirə,
Quzu olub mələrəm arxasınca...
Ah, Leyla, Leyla, Leyla, etmə bu nazı,
Gəl barışaq, baban qıysın nikahı...
O zamandan xeyli vaxt keçmişdi. Amma Əhməd hələ də Leylanı unuda bilmir, gecələr yuxusunda sayıqlayır, tez-tez dostlarıyla dərdləşmək üçün şərab məclisləri təşkil edirdi. Onu da qeyd edək ki, onun təriqətində şərab haram deyildi. Və dini ayinlər bir sıra qədim Türk törələrinə əsasən keçirilirdi...
Artıq savaş get-gedə qızışırdı və Əhmədin bütün ailəsi tabe olduqları feodalın – bəyin əmriylə bu savaşa qatılmışdı. Baxmayaraq ki, atasının yaşı əlbəyaxa döyüşlər üçün çox idi, amma o vaxtın el qınağına və feodalların ağır qaydalarına tuş gəlməmək üçün qoca səsini çıxarmır, bunu bir növ “tale” hesab edirdi.
Əhməd bir gün döyüşlərin birində ağır yaralandı. Tezliklə sağalıb müharibə meydanına dönməsi üçün onu bir loğmanın yanına göndərdilər. Sən taleyə bax ki, həmin loğman Misirdən yeni gəlmişdi və Əhməd bunu öyrənir-öyrənməz onu sorğu-suala tutdu. Və öyrəndi ki, hazırda Misir əmirinin gəlini, onun keçmiş yavuqlusu da ağır xəstədir. Dərd Əhmədi götürdü. Öncə tez sağalıb savaş meydanına dönmək atasına, qardaşlarına kömək etməyi qərarlaşdırsa da bu acı xəbərdən sonra demək olar ki, əlləri-ayaqları boşalmışdı onun. Artıq heç nəyin, həyatda var olan heç bir kəsin və hadisənin Əhməd üçün bir əhəmiyyəti yox idi. Elə ancaq tezliklə ayağa dura bilmək və nəyin bahasına olursa-olsun özünü birtəhər Misir məmləkətinə yetirməyi arzulayırdı. Ancaq burda yaxşı deyiblər, sən saydığını say, gör zalım fələk nəyi sayır.
Bəli, qısa müddətdə Əhməd o zamanın ən biləndərlərindən olan loğmanın xüsusi resepti və dərmanlarıyla sağalıb ayağa qalxdı. Hətta rahat at da minə bilirdi. Ancaq hər kəsin gözlədiyi kimi, o savaş meydanına deyil, neçə vaxtdır ürəyinin ən dərin qatında arzuladığı yerə - Misirə getməyi qərarlaşdırdı. Bir neçə gün sonra isə artıq Misir yolu üzərində uzun yollar qət edirdi...
Misirdə isə onu arzuladığı kimi heç də sakit qarşılamadılar. Sərhədi keçən kimi, Osmanlı yasavulları “qaçaq, cəsus” damğasıyla onu tutub qaranlıq və soyuq dərin bir zindana atdılar. Burda qaldığı 40 gün içində isə o ancaq Leylanın adının keçdiyi müxtəlif şeir parçalarını, dahi sənətkarların yazdığı qəzəlləri, qəsidələri oxudu və əlbəttə ki, məşhur türkünü...
Qırx gündən sonra hansısa bir önəmli gün xatirinə Misir əmirinin xüsusi fərmanıyla onlarla məhbusla birlikdə azadlığa buraxıldı, o. Ölkəni tezliklə tərk etməsi üçünsə ona ciddi vaxt qoyuldu. Amma inadkar, divanə aşiq Əhməd qanunun ona qoyduğu bu sərt qaydanı pozub bir müddət ölkənin dərinliklərində gizləndi.
Günlərin bir günü isə təsadüfən bir bazardan keçərkən eşitdi ki, bəs sevgilisi, canının bir parçası, yarı Leyla can üstədir. Cismən, ruhən məhv oldu, bu xəbəri eşidəndə Əhməd. Amma yenə də son dəfə sevdiyini görmək üçün saraya xəlvəti yol tapıb bir gecə yarının qonağı oldu.
Leyla onu görcək çox sevindi. Hətta nə yalan deyək, bir az da dirçəldi. Qısa bir vaxt öz yarıyla vaxt keçirib uzun zamandır həsrətində olduğu igidin qollarına atdı özünü. Utanmadan, çəkinmədən bütün cismini, ruhunu, varlığının hər zərrəsini onunla bölüşdü.
Tanrı qatında tamamən günahsız olan məsum aşiqlər o gecə vüsala çatdılar. Amma hər şey elə bununla da bitdi. Axı onlar Tanrı qatında günahsız olsalar da onun bəzi xəstə ruhlu, qorxmadan, çəkinmədən hakimlik iddiasına düşən, Allahın müqəddəs adınadan öz kirli əməlləri üçün istifadə edən kəslər üçün nəinki sadəcə günahkar, eyni zamanda vətən xaini, cəsus idilər və gəncləri artıq amansız ölüm gözləyirdi.
Məğrur ikili isə, hər şeyi əvvəlcədən duymuş və qəbul etmiş olduqları üçün düşmən hesab edilən diyarda, mənfurların əlində deyil, özləri istədiyi yerdə, bəli, məhz ilk tanış olduqları yerdə canlarına qıymaq üçün sözləşdilər və həmən yola çıxdılar.
Artıq olan olmuşdu. Məmləkətin hər yerinə yayılmışdı ki, Misir əmirinin gəlinini Əcəm elindən gələn bir ər oğurlamışdı. Bəli, hamı belə düşünürdü. Kimsə məsələnin əsl mahiyyətini fikirləşmir, necə deyərlər, özünü əziyyətə salmaq istəmirdi. Həqiqətən də şayiə nə pis şeymiş və qeybət günahların ən böyüyü imiş...
Budur, onlar artıq bir neçə gün ağır, yorğunçuluqla keçən yolçuluğu bitirmiş, məhz ilk tanış olduqları yerə varmışdılar. Əl-ələ tutan və bir-birinə olduqca böyük məhəbbətlə baxan aşiqlər Xudafərin körpüsü yaxınlığında, savaşın ən qızğın vaxtında, illər öncə rəsmən bitsə də, xalq arasında hələ də davam edən məzhəb savaşı vaxtında uca bir qayaya dırmaşaraq özlərini taleyin, qismətin qədərinə buraxdılar. Cisimlərini torpağa, ruhlarını Uca Tanrıya həvalə etdilər...
O qəmli, amma dərin eşq hekayəsindən uzun illər keçsə də, hamının ağzında bir-bir dolaşan bir türkü yenidən və yenidən gündəmə gəldi və bütün sevənlər , zamanında sevişənlər, ilahi eşq ilə qovurulan hər kəs o türkünü sevə-sevə və böyük sevinclə oxuyurdu. Sanki çox xoş bitmiş bir hekayənin yadigarı idi, həmin türkü... Amma hamı tək bir şey bilirdi, o türküdə yalnız iki sevən gəncin deyil, eyni zamanda bir böyük xalqın, illər öncəki fəlakəti əks olunmuşdu, təəssüf ki, bu belə idi...
Düşmənlərin hiylələrinə, təbliğatına, şəxsi arzuların hərisliyinə qapılan Türklərin yanıqlı hekayəsi... Hətta Abbas Mirzənin torpaqlarımız uğrunda qəhrəmanlıqla can verməsinə baxmayaraq bəzi xain bəylərimizin, xanlarımızın ta əvvəldən ruslara necə satılmasının hekayəsi idi bu bəlkə də... Yoxsa Gülüstan, Türkmənçay, sadə bir savaşın bitiş müqavilələri deyildi...

Elşən İsmayıl
28 noyabr – 3 dekabr 2016-cı il.
28 noyabr – 3 dekabr 2016-cı il.
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |