Şrift:
Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi
23.03.2012 [17:40] - İdman
Rusiyada Mixail Talın xatirəsinə keçirilən ənənəvi beynəlxalq şahmat turnirində bu ilki yarışa qatılacaq iştirakçıların siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, iyunun 7-19-da Moskvada təşkil olunacaq turnirdə 10 şahmatçı mübarizə aparacaq.
Turnirdə Azərbaycan təmsilçisi Teymur Rəcəbov da çıxış edəcək. Onun yarışdakı rəqibləri isə Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski, Aleksandr Qrişuk (hamısı Rusiya), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (İtaliya), Lük Makşeyn (İngiltərə) olacaq.
Təşkilatçılar əvvəlcədən yarışda cəmi 3 rusiyalının iştirak edəcəyini vəd etsə də, dəvətlilərdən Vasili İvançukun (Ukrayna) Moskvaya gələ bilməməsi üzündən turnirdə 4 şahmatçı ilə təmsil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed