05.12.2016 [10:43] - İqtisadiyyat
ABŞ-ın növbəti prezidenti Donald Tramp Amerika bizneslərinə şirkətlərini xaricə köçürdükləri təqdirdə, 35 faiz vergi ödəyəcəkləri barədə xəbərdarlıq verib. O, xaricdə istehsal etdiyi malları ABŞ-da satışa çıxaran bizneslərini nəzərdə tutub.
İşçilərini işdən çıxarıb, xaricdə yeni fabrik və zavodlar açmaq istəyən şirkətlər Amerikada nəticələri ilə üzləşmədən mallarını satacaqlarını düşünürlərsə, yanılırlar
Twitter hesabında Tramp yazıb ki, bizneslərin vergilərinin ixtisarı planını nəzərdən keçirir. O bildirib ki, işçilərini işdən çıxarıb, xaricdə yeni fabrik və zavodlar açmaq istəyən şirkətlər Amerikada nəticələri ilə üzləşmədən mallarını satacaqlarını düşünürlərsə, yanılırlar.
Yanvarın 20-də hakimiyyət başına keçəcək milyarder daşınmaz əmlak maqnatı xaricdə istehsal edilən malların sərhəd vergilərinin ciddi maliyyə problemləri yaradacağını qeyd edib.
"Olduqca ciddi maliyyə yanlışlığına əl atmaqdan əvvəl düşünməyinizi xahiş edirəm"- deyə Tramp yazır.
ABŞ 2000-ci ildən bəri şirkətlərin avtomatlaşdırılması və xaricə köçürülməsi ilə 5 milyon iş yeri itirib. Bu şirkətlər xaricdə işçilərə daha az məvacib ödəyir.
Donald Tramp Ağ Ev uğrunda yarışlar zamanı korporasiyaların köçürülməsinə yol verməyəcəyi və işlərin ABŞ-a qaytaracağına vəd vermişdi.
ABŞ prezidentliyinə yeni seçilmiş Donald Tramp Ohayonun Sinsinnati şəhərində kondisioner istehsalçısı Carrier şirkəti ilə min yeni iş yerinin açılması ilə bağlı əldə olunan razılığı qeyd etmək üçün İndianaya səfər edib.
Birləşmiş Texnologiyalar Korporasiyası tərəfindən idarə edilən Carrier bu ilin əvvəli daha az xərcləri tələb edən əməliyyatların vacibliyini önə çəkərək 2019-cu ildə iki zavodun Meksikanın Monterrey şəhərinə köçürüləcəyini bəyan etmişdi.

Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |