Şrift:
Sabahdan parlamentin plenar iclaslarında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayır
05.12.2016 [10:46] - Xəbərlər, İqtisadiyyat
Sabahdan başlayaraq üç gün ardıcıl olaraq Milli Məclisin plenar iclası keçiriləcək.
İclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.
Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
Müzakirələr dekabrın 8-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed