05.12.2016 [13:16] - Gündəm, Sağlıq, DAVAMın yazıları
Bakı Sağlamlıq Mərkəzi
Terapiya şöbəsinin
Həkim- rezidenti Tural Qənbərli
Terapiya şöbəsinin
Həkim- rezidenti Tural Qənbərli
Qadınların kişilərə nisbətən daha az ürək- damar sistemi xəstəliklərinə (ÜDX) tutulma fikri bir çox araşdırmaların aparılmasına səbəb olmuşdur. Bundan məlum olmuşdur ki, estrogen ÜDX riskini bir və ya bir neçə mexanizm ilə azaldır.
Repruduktiv illər boyunca qadınlar ÜDX – dən qorunurlar. Buna görə qadınlarda ÜDX kişilərə nisbətən gec başlayır. Bunun səbəbi estrogenlərin yaratdığı vəziyyət yüksək HDL və angioprotektor təsirdir. Lakin menopauza dövründə və postmenopauzalar dövrdə qadınlarda LDL – in miqdarı 2 dəfəyə qədər artır, HDL isə aşağı düşür . Bu zaman qadınlarda ÜDX riski kişilərə nisbətən 2 dəfə artmış olur(1). Aparılan araşdırmalardan məlumdur ki, HDL və LDL –n qanda miqdarı ÜDX – in yaranmasında böyük rolu vardır.(1) yaş artdıqca qadınlarla kişilər arasında ölüm riskində o qədər də fərqin olmadığı məlum olmuşdur. Bunun səbəbi isə postmenopauza dövrdə qadınlarda estrogenin azalması və LDL göstəricilərinin sürətlə artmasıdır. Yaş və cinsə bağlı olaraq ÜDX və xüsusi ilə aterosklerotik dəyişiklər postmenopauza qadınlarda premenopauza dövrdə olan qadınlara görə 3,4-5,5 dəfə artaraq ölüm səbəbləri arasında ilk sıralarda durur. Yaş artdıqda isə ölüm göstəricilərində süd vəzi xərçəngi, osteoporoz sınıqlar, endemetrium xərçəngi önə keçir.(3)
Ümumi xolesterin göstəricilərinin qanda yüksəlməsi ÜDX üçün böyük risk faktorudur. “Framingham Araşdırmaları” dan aydın məlumdur ki, xolesterinin qanda artması ÜDX – nin artmasına səbəb olur. Ümumi xolesterinin 1% artması ÜDX riskini 2% artırır. Heyvanlar üzərində aparılan təcrübələr göstərmişdir ki, estrogenlərin istifadəsi lipidlərin məfi təsirini bir və ya bir neçə mexanizm ilə inhibə etmişdir. Bu təsir arteriya damarlarının intima qişası boyunca estrogen reseptorlarının olması ilə əlaqələndirilir.(5)
Bütün dünyada olduğu kimi ölkəmizdə də ateroskleroz , ÜDX ölüm səbəblərində birinci yerdə durur. Hiperlipidemiya , diabetus mellitus, piylənmə kimi faktorlar aterosklerozu daha da alovlandırır. Aparılan klinik araşdırmalar aterosklerozun öndə gələn səbəblərindən birinin dislipidemiya olduğunu göstərmişdir.(7). Qanda xolesterinin miqdarının artması intima qişasının funksiyasının pozulmasına səbəb olur və nəticədə intimada azalmış NO hasilatı aterosklerotik dövrün başlamasında və inkişafında başlıca rol oynayır.
Aterosklerozun daha da, inkişafı damar mənfəzinin daralmasına , həmin damarın qidalandırdığı orqanda işemiyaya, həmin orqanın funksiyasının pozulmasına və gələcəkdə həmin orqanın nekrozuna səbəb olur. Bunun nəticəsidir ki, miokard infarktı, ani ölümlər, insultlar baş verir. (7) Qanda LDL –in , triqliseridlərin yüksək olması , HDL- in aşağı olması aterosklerozun inkişafına səbəb olur. Müasir ədəbiyyatlardan əldə edilən məlumatlara əsasən estrogen istifadə edən pozrmenopauza dövrdə olan qadınlarda ÜDX riskinin azaldığına dair nəticələr olmuşdur. (3) Uzun illərdir ki, estrogenlərin yalnız lipidlərə təsir etməklə antiaterosklerotik təsir etdiyi məlum idi. Son araşdırmalardan aydın olmuşdur ki, estrogenlər qan damarlarına bir başa təsri etməklə kardivaskulyar sistemə qoruyucu təsir göstərir.(6)
Total xolesterin , LDL – miqdarını qanda azaldarkən digər tərəfdən HDL və triqiseridləri qanda artıtır. Bu effekti qaraciyərdə olan apoprptein genlərindəki estrogen reseptorlarını qıcıqlandırmaqla və qaraciyər lipoproteinlərini aktivləşdirməklə meydana çıxır. Məsələn transdermal istifadə zamanı estrogenlər HDL göstəricilərinə zəif təsir edir, triqliserid göstəricilərinə təsir etmir. Peroral istifadə zamanı triqlisedləri , HDL – i qanda artır LDL – in miqdarını isə aşağı salır . Strogenlərin kardiovaskulyar sistemə təsiri 25-30% halda lipidlərə təsiri ilə əlaqədardır. Müalicəyə progesteronun əlavə edilməsi bu effekti daha da artırır.(4)
Estrogenlərin antiaterosklerotik təsiri ; (4,7) arteriyalarda , miokarda , saya əzələlırində , koronar damarlarda estrogen reseptorları olduğu üçün onlara estrogenin bir başa təsiri vardır. Damarların endotel qişasının zədələnməsi zamanı sürətlə bərpasında estrogenlərin yerli təsirinin rolu vardır. Bir araşdırmada postmenopauza dövrdə olan , estrogen müalicəsi alan qadınlarda dinamiki müşahidə zamanı koronar arteriyaların angioqrafik, tomoqrafik göstəricilərində aterosklerozun azalması görülmüşdür.(1)
Yuxarıda qeyd etdiyimiz arteriyaların mənfəzi boyunca estrogen reseptorları mövcuddur. Bu reseptorlar vasitəsi ilə estrogenlər damar dibarlarına bir başa təsir edir. Heyvanlar üzərində aparılan təcrübələr göstərmişdir ki, estrogenin istifadəsi damarlarda vazodilatasiyaya və ürəyin vurğu həcminin artmasına səbəb olmuşdur.
Antioksidant təsir; yuxarıdakı təsirlərlə yanaşı həm də estrogen bir antioksidantdır . Antioksidant təsiri ilə birgə qandakı antioksidant olan tokoferol, betakaroteni artırır. Müalicəyə progesteronun artırılması bu təsiri daha da effektli edir.(1)
Antiaqreqant təsir; estrogen antiaqreqant təsirini nitrik oksidi ( NO) və prostaksiklini artırmaqla göstərir. NO və prpstasiklinin qanda artması vazodilatasiyaya , trombositlərin adgeziyası və aqreqasiyanın blokada olunmasına səbəb olur. Estrogenin bu təsiri damarın endotel qatının estrogene reaksiyasının nəticəsidir.(1)
İnsulin rezistentliyi ; Estrogenlər- yaşlanma ilə əlaqədar bədəndə yağların artıb toplanmasının qarşısını alır. Menopauza ilə əlaqədar qanda insulin və insulin rezistentliyi artırş Qanda insulin artmasının özü ikincili olaraq aterosklerozun yaranma səbəbidir. Oral estrogen qəbul edən qadınlarda aclıq qan şəkərlərinin göstəricilərinin azalması və daha az insulində qanda şəkəri tənzimləmək mümkün olduğu görülmüşdür. Bu effekt isə estrogenlərin kardiovaskulyar sistemə qoruyucu təsirinin digər formasıdır.(2)
Laxtalanma faktorlarına təsiri; Laxtalanma faktorlarının bir hissəsi və fibrinolitik proteinlərin sintezi qaraciyərdə rast gəlinən estrogen reseptorlarının təsiri ilə tənzimlənir. Menopauza ilə birlikdə VII laxtalanma faktoru, plazminogen , fibrinogen göstəriciləri artır. Bu zaman laxtalanma sürətləndiyi üçün kardivaskulyar sistem xəstəlilərinə zmin yaranır. Estrogenlə müalicə zamanı fibrinogen , plazminogen , antitrombin və protein S amillərin qanda miqdarı azalır. Beləliklə estrogen ümumi təsiri fibrinoliz lehinə qəbul edilə bilər.
Estrogenlərin kardivoskulyar sistemə təsirini sübut edən ən effektli təcrübələrdən biri Nurses Health Studyadlı araşdırmadır. Bu elmi iş könüllü tibb bacıları üzərində estrogen və estrogen + progesteron verilməklə 16 illikm müşahidə aparılmışdır. Nəticələr izə belə olmuşdur; estrogen qəbul edənlərdə 40% kardiovaskulyar xəstəliklər riski azalmı., estrogen + progesteron qəbul edənlərdə 61% risk azalmışdır. (3) Digər geniş araşdırma HERS ( The Health and Estrogen /Progestin Replacement Study) adlanır. HERS çalışmasında təsafufi rast gəlinən yaşı 80 – dən az olan infakt uteruslu 2763 qadında 4 illik müşahidə aparılmışdır. Kontrol qrupun digər yarısına 0,625 mg estrogen verilmiş digər yarısına isə plasebo verilmişdir. İlk illərdə estrogen qəbul edən qrupda kardivaskulyar simptomların artması görülmüşdür. Ancaq bir müddət sonra Plasebo qrupu ilə estrogen qəbul edən qadınlar arasında fərq olmuşdur. Estrogen qəbul edən qrupda qanda LDL göstəriciləri 11% azalmış, HDL göstəriciləri 10% artmışdır.(3)
1971 – ci ildə Framingham elmi işində 49-82 yaş arası 2815 estrogen qəbul edən kişi və qadın üzərində 4 illik müşahidə aparılmışdır. Nəticə isə belə olmuşdur; 4 illik müşahidə zamanı 1198 kişinin 79 da, 1518 qadının 69 – da kronar damar xəstəlikləri inkişaf etmişdir. Bu tip araşdırmalara xarici ədəbiyyatlarda çox rast gəlinir və hamısı estrogenlərin Ürək – damar sistemi xəstəliklərində müsbət efektini göstərir.(1)
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |