Şrift:
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək
05.12.2016 [14:34] - Gündəm, Sosial
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed