Şrift:
Qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirən şəxslərə avtobusları dayanacaqlarda saxlaması qadağan edilir
05.12.2016 [14:36] - Sosial
Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə cəza tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib.
Dəyişiklik layihəsinə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə və qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Layinə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed