06.12.2016 [10:05] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Mütəllibovun dövründən bizə boş büdcə, ordusuz ölkə, iqtisadiyyatı ağır durumda olan ölkə miras qalmışdı...”
AXC-nin hakimiyyətdən getməsindən 23 ildən artıq vaxt keçir. Lakin bir sıra hökumət adamları, hakimiyyət təbliğatçıları hələ də xalqa o dövrü xatırlatmaqdadırlar. “1990-cı illərin əvvəlində vəziyyət ağır idi, hər şey dağılmışdı” kimi fikirlər indi də təbliğatda işlədilir. Hakimiyyət təbliğatçılarının nədən o dövrdə ilişib qaldıqları, nədən vaxtaşırı xalqa 1990-cı illəri xatırlatmaları maraqlıdır. O dövrdən 23 il keçir. Keçmişə baxmaq əvəzinə irəli baxmaq və problemlərdən çıxış yollarını aramaq daha məqbul yol deyilmi?
Elçibəy hakimiyyəti dövründə AXC İcraiyyə Komitəsinin sədri olmuş deputat Fərəc Quliyev bildirdi ki, Xalq Cəbhəsinin hakimiyyəti zamanı ölkədə bir çox təbii çətinliklər var idi və bunu heç kim gizlətmirdi: “AXC hakimiyyət uğrunda mübarizə aparmırdı, amma milli azadlıq hərəkatının sonucu olaraq hakimiyyətə gəlmişdi və dövlət müstəqilliyi cəmi 6-7 ay öncə əldə olunmuşdu, Qarabağ müharibəsinin ən dəhşətli dövrü idi. Belə bir durumda problemlər qaçılmaz idi. Bizim üçün hakimiyyət məqsəd deyildi və məqsəd kimi də istifadə olunmadı. Ayaz Mütəllibovun dönəmindən də bizə nə miras qalmışdı hamı bilir. AXC hakimiyyətinə Mütəllibovun hakimiyyəti dövründən boş büdcə, ordusuz ölkə, iqtisadiyyatı ağır durumda olan ölkə miras qalmışdı. Amma buna baxmayaraq, Elçibəy hakimiyyəti zamanında milli valyutamız dövriyyəyə buraxıldı, 9 ton qızıl-almaz fondu yaradıldı, insanların maaşları artırıldı, uzun müddətdir verilməyən maaşlar, təqaüdlər verildi, islahatlara, ordu quruculuğuna başlandı. 1990-cı illərin əvvəllərinin çətinlikləri aydın idi. Bir formasiya dəyişikliyi baş verirdi və biz imperiyadan qurtulmuşduq. O dövrlə indiki dövrü müqayisə eləmək doğru nəticələrə gəlib çıxmağa imkan verməz. İndi Azərbaycan 25 ildir müstəqil dövlətdir. AXC hakimiyyətə gələndə isə cəmi bir neçə ay idi müstəqil dövlət idik.
25 ildir müstəqil dövlətik və son dönəmdə də təkcə neft gəlirlərindən 150 milyard civarında vəsaitimiz olub. Bu vəsaiti biz zamanında qeyri-neft sektorunun inkişafına yönəltməliydik və neftdən qətiyyən asılı olmayan bir iqtisadi sistemimiz olmalıydı. Çox təəssüflər olsun ki, bu edilmədi və bu gün çətinliklər yaşanır. Bütün bunları söyləməklə mən hansısa dövrü müdafiə edib, hansısa dövrü tənqid etmək fikrində deyiləm. Söhbət ondan gedir ki, potensialımız var ki, biz indiki şəraitdə yaşamayaq, tamamilə neftdən asılı olmayan büdcə formalaşdıraq. 1990-cı illərin əvvəlindən əsrin dördə biri qədər uzun zaman keçib və o dövrlə indiki dövrü bərabər tutmaq olmaz. İndiki hökumət də keçmişi xatırlatmaq əvəzinə, zəhmət çəkib axtarışda olmalıdır, mənbələr tapmalıdır və ölkədə hazırkı vəziyyəti dəyişməlidir”.
F.Quliyevin sözlərinə görə, bir qrup məmur var ki, gerçəkçi deyil, kin-küdurətlə indiyə qədər yaşayır: “Ölkə rəhbərliyi fərqli düşünür, ölkəni vəziyyətdən çıxarmağa çalışır. Bir qrup məmur isə öz işindədir, milli azadlıq hərəkatına antipatiyaları vardı deyə ancaq 25 il öncədə ilişib qalıblar. Bu gün bir iş görə bilməyənlər daha çox keçmişi qamçılayırlar. Yaxşı işləyən nazirliklər, komitələr, məmurlar var ki, heç vaxt bu cür davranmırlar. Özlərinin bacarıqsızlığını ört-basdır etmək üçün bir qrup məmur keçmişi qamçılamaq taktikasından istifadə edir”.

E.SEYİDAĞA
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |