06.12.2016 [10:21] - Gündəm, İqtisadiyyat
Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanada (Avstriya) keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və digər neft hasil edən ölkələrin konfransına dəvət alıb.
Görüş zamanı rəsmilər hasilatın azaldılması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, N.Əliyev tədbirdə iştirak edəcək: "Dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib. Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak edib, o cümlədən Rusiyanın energetika naziri Aleksandr Novakla Azərbaycanın energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirib. Ümid edirik ki, OPEC və qeyri-OPEC ölkələrinin bu görüşü də əhəmiyyətli olacaq".
Xatırladaq ki, daha əvvəl görüşün Moskvada (Rusiya) baş tutacağı bildirilsə də, sonradan planlar dəyişib. Daha əvvəl isə görüşün dekabrın 9-da Dohada (Qətər) keçiriləcəyi ilə bağlı xəbər yayılıb.

Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |