06.12.2016 [10:23] - Gündəm, İqtisadiyyat
ABŞ-ın qabaqcıl kompüter texnikası istehsalçısı və məlumatların qoruyucusu "Dell EMC" şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.
Bunu açıqlamasında "Dell EMC"nin Azərbaycan üzrə marketinq meneceri Andrey Sivenyuk bildirib.
"Hazırda "Dell EMC" Azərbaycanda əsas tərəfdaş şirkəti ilə təmsil olunub. Eyni zamanda, Ukrayna, Belarus, Ermənistan, Gürcüstan, Serbiya, Xorvatiya, Albaniya, Kosovo, Sloveniya, Monteneqro üzrə də marketinq işini həyata keçirirəm və Azərbaycanda olduğu kimi, bu ölkələrdə eyni iş prinsipini həyata keçiririk. Planlarımıza Azərbaycanda nümayəndə olacaq şəxsi tapmaq daxildir. Ümid edirik ki, bazarda payımızı 3 dəfə artıra bilərik" - A.Sivenyuk söyləyib.
Azərbaycan İT bazarının dəyişdiyini, inkişaf etdiyini qeyd edən A.Sivenyuk burada böyük potensial gördüyünü deyib: "Dell EMC" brendini Azərbaycanda inkişaf etdirmək, genişləndirmək istəyirik. Yeni brendin yaranmasına böyük sərmayə yatırılıb və ümid edirik ki, müştəri və tərəfdaşlarımızın bazasını artıracağıq".
Qeyd edək ki, "Dell EMC" hazırda Azərbaycanda tərəfdaşı "Muk Computers" MMC ilə təmsil olunur. Şirkət son illər Azərbaycanda İT bazarının həcminin azaldığını müşahidə edir. Şirkət nümayəndəsinin sözlərinə görə, 2012-2013-cü illərlə müqayisədə təxminən bütün statistik göstəricilər bazarda 30-40% azalmanın olduğunu nümayiş etdirir: "Ölkədə iki devalvasiya baş verdikdən sonra müəyyən durğunluq başlayıb. Amma ilin sonuna yaxın bu bazarda canlanmanın olduğu izlənilir".
Hazırda bütün dünya üzrə ofislərini, loqotiplərini yenidən təşkil edən "Dell EMC" bu prosesin bir il davam edəcəyini bildiririr. Eyni zamanda, ofisləri olan ölkələrin bazar tələbatlarını müəyyən etmək, gələcək tərəfdaşlıq strategiyasının yenidən müzakirə edilməsi planlaşdırılır. Şirkət 2017-ci il fevralın 1-dən artıq vahid şirkət kimi fəaliyyətini genişləndirəcək.
Xatırladaq ki, "Dell" ötən il "EMC" (məlumatların saxlanılması üzrə ixtisaslaşan şirkət) şirkətini 67 mlrd. dollara əldə edib. Ekspertlər hesab edirlər ki, iki böyük şirkətin bu sövdələşməsi İT bazarının "Hewlett-Packard" (HP) kimi şirkətinə böyük rəqabət təşkil edə bilər.

Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |