Şrift:
Azərbaycanın və Türkiyənin statistika qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
06.12.2016 [10:24] - Gündəm, İqtisadiyyat
Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
T.Budaqov iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Səfir Erkan Özoral öz növbəsində səmimi görüşə və təbrikə görə təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından söz açıb, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini bildirib.
Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed