Şrift:
Quba məzarlığındakı yeganə quyu dağılır
24.03.2012 [17:02] - Xəbərlər
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı yeganə quyu çatlayıb. Bunu şənbə günü Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.
Onun sözlərinə görə, quyuda nəmlik yarandığı üçün orada bir necə çat əmələ gəlib. İçi insan sümükləri ilə dolu olan quyudakı çatlardan biri daha ciddidir. Quyunun 1/3 hissəsi tamamilə çatlayıb və artıq quyu dağılmaq üzrədir.
"Quyuda vəziyyət getdikcə pisləşir. Artıq quyunun dağılma təhlükəsi 90 faizə çatıb. Ancaq 10 faiz halda quyunun dağılmasının qarşısını almaq olar", - tədqiqatçı bildirib.
Qeyd edək ki, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 499 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.
İndiyədək məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed