Şrift:
Türkiyə Rusiya ilə təbii qazın qiymətini yenidən müzakirə edəcək
06.12.2016 [10:26] - Gündəm, İqtisadiyyat
Rusiyanın Türkiyəyə tədarük etdiyi təbii qazın qiyməti rəsmi Ankara ilə Moskva arasında yenidən müzakirə olunacaq. Bu barədə Moskvaya işgüzar səfərindən qabaq Türkiyənin baş naziri Binəli Yıldırın bildirib.
"Rusiya ilə əməkdaşlığımızın enerji sahəsi çox vacibdir. Biz Moskvada ikitərəfli sərfəli layihələri, “Türk axını”nı müzakirə edəcəyik. Bizim parlament artıq bu sazişi təsdiqləyib, indi analoji addımı Rusiya Dumasından gözləyirik. Bizim Rusiya ilə qazın qiymətinə dair köhnə problemimiz var. Bu məsələni hər iki ölkənin enerji nazirləri müzakirə edəcək”, - B.Yıldırım deyib.
Qeyd edək ki, səfər çərçivəsində Binəli Yıldırım Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcək. Sonra o Kazan şəhərini ziyarət edəcək və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcək.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed