Şrift:
OPEC və qeyri-OPEC ölkələri qlobal neft hasilatının məhdudlaşdırılması üzrə müqavilə imzalayacaqlar
06.12.2016 [10:27] - Gündəm, İqtisadiyyat
Bu həftə Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında qlobal neft hasilatının məhdudlaşdırılmasını nəzərdə tutan müqavilə imzalanacaq.

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo bu gün Yeni Dehlidə keçirilən konfransda deyib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin görüşünün dekabrın 10-da Vyanada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed