Şrift:
Azərbaycan ilə Pakistan arasında sərmayə qoyuluşu və biznes imkanları müzakirə edilib
06.12.2016 [10:28] - Gündəm, İqtisadiyyat
Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin hazırkı yüksək səviyyəsinin iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Söhbət zamanı qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed