06.12.2016 [14:01] - Sosial
Ermənistanın şimalındakı Geğarkunik vilayətində yerləşən Çəmbərək şəhərinin sakinlərinə əmək haqqı borclarının qarşılığında rokfor pendiri verilir.
Bu barədə məlumatı Ermənistan KİV-i yayıb.
Məlumata görə, Çəmbərək sakinləri "Aştarak kat" zavodunda gördükləri işin və zavoda təhvil verdikləri südün qarşılığını tələb etsə də, zavod rəhbərliyi maliyyə vəsaiti hesabına vətəndaşlara 1 kiloqramı 2 min dramdan (4,1 ABŞ dolları) rokfor pendiri təqdim edib.
Çəmbərək şəhərinin meri Yura Avelyanın verdiyi informasiyaya əsasən, şəhər sakinləri və zavod rəhbərliyi arasında əvvəlcədən 1 kq pendirin vətəndaşlara 2,5 min drama (5,2 dollara) verilməsi barədə ilkin razılaşma olub. Ancaq sonradan ilkin razılaşmaya düzəliş edilib.
"Hazırda zavodda 60 ton rekfor pendiri var, sadəcə, problem onun reallaşdırılmasındadır. Pendiri zavod ərazisindən kənara çıxarsaq, o, xarab olacaq. Odur ki, hələlik məhsulun satılması üçün bazar, onun Rusiyaya ixrac edilməsi üçen əlaqələr axtarırıq",- deyə mer bildirib.

Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |