Şrift:
“Sərt pul siyasəti gələn il də davam etdiriləcək”
06.12.2016 [15:30] - Gündəm, İqtisadiyyat
“Ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E.Rüstəmov deyib ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub:

“Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir”.


Elman Rüstəmov deyib ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankı manatın məznnəsinin saxlanması üçün 6 milyard dollar həcmində pul kütləsi sərf edib.


Mərkəzi Bankın sədri deyib ki, sərt pul siyasəti gələn il də davam etdiriləcək.

“Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə də sərt pul siyasətini davam etdirəcək”.

E.Rüstəmov bildirib ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib:

“Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam və onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq”.

Ağa AKİFOĞLU
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed