25.03.2012 [11:31] - Xəbərlər
Bu gün Tacikistan paytaxtı Düşənbədə III beynəlxalq Novruz festivalı öz işinə başlayıb. Festivalın açılış mərasimində İran, Əfqanıstan, Pakistan və Tacikistan prezidentləri iştirak ediblər. Bu barədə İRNA xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, prezidentlər və festivalda iştirak edən digər qonaqlar açılış mərasimindən sonra festival çərçivəsində təşkil olunmuş "Novruzgah" adlı sərgiyə baxış keçiriblər.
İran Prezidenti Mahmud Əhmədinejad şənbə günü III beynəlxalq Novruz festivalında iştirak etmək üçün Tacikistana səfər edib.
Əhmədinejad Tacikistanda həmçinin Əfqanıstan və Tacikistan prezidentlərinin üçtərəfli görüşəcək.
Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Bundan öncə I və II Beynəlxalq Novruz festivalı İranda keçirilib. Novruz festivalının hər il Novruz bayramını qeyd edən ölkələrin birində keçirilməsi planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |