Şrift:
Yəmən sahillərində ən azı 60 nəfərin batdığı ehtimal edilir
07.12.2016 [10:46] - Hadisə
Ərəb dənizinin Yəmən sahillərində ən azı 60 yerli sakinin batdığı ehtimal edilir.
Bu barədə hökumətə istinadən "Associated Press" məlumat yayıb.
Hökumətin bəyanatında bildirilir ki, 5 gün əvvəl Sokotra adasından 40 km. aralıda Hadramaut əyalətindən yola çıxan gəmi gözdən itib. Gəmi sərnişinləri arasında qadınlar və uşaqlar da var.
Əyalətin qubernatoru Əhməd ibn Breakın sözlərinə görə, iki nəfər xilas edilib, digər sərnişinlərin axtarışı davam etdirilir.
Hökumət kömək üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya müraciət edib.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed