Şrift:
Türkiyə Rusiya ilə illik mal dövriyyəsini 100 mlrd. dollara çatdırmaq niyyətindədir
07.12.2016 [10:51] - Gündəm, İqtisadiyyat
ürkiyə Rusiya ilə illik mal dövriyyəsinin həcmini indiki 36 mlrd. dollardan 100 mlrd. dollara çatdırmaq niyyətindədir.

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Moskvada rusiyalı həmkarı Dmitri Medvedevlə apardığı danışıqlar zamanı bildirib.

“Qarşımızda böyük işlər durur. Bununla belə, hesab edirəm ki, mal dövriyyəsini 100 mlrd. dollara çatdıra bilərik”, - deyə B.Yıldırım qeyd edib.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün tərəflər iqtisadi məhdudiyyətlərin ləğv edilməsi və viza rejiminin sadələşdirilməsi kimi bir sıra addımlar atmalıdır.

B.Yıldırım, Rusiya və Türkiyənin birgə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasına “strateji sərmayə” statusunun veriləcəyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed