Şrift:
Azərbaycanlı hakim UEFA ÇL-nin oyunlarını idarə edəcək
07.12.2016 [10:54] - İdman
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi, FIFA referisi Əliyar Ağayev ölkəmizin idman tarixində yeni uğura nail olub. Ə.Ağayev UEFA-nın hakimlər kateqoriyası üzrə birinci dərəcə alıb. Bununla da o, gələn ildən UEFA Çempionlar Liqasının qrup və pley-off matçlarına da təyinat almaq hüququ qazanıb.

Xatırladaq ki, 2013-cü ildən FIFA referisi olan Ə.Ağayev cari mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində üç oyunu idarə edib.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed