11.10.2011 [17:16] - Mədəniyyət
“Koroglu” eposu və Cəlalilər hərəkatı haqqında
Baş redaktordan: Türk millətinə məxsus olan və şifahi xalq ədəbiyyatının ən geniş dastanlarından olan Koroğlu dastanı bəlkə də ən başıbəlalı dastanlarımızdandır. Müxtəlif səbəblərdən ən çox təhriflərə məruz qalan dastanlarımızdan biri, bəlkə də birincisi Koroğlu dastanıdır.
Belə ki, Koroğlu Türk millətində xalqların arzularının obrazı olduğu halda, muasir tarixdə Koroğlu ləqəbli insanların obrazları ilə qarışdırılmış və çaşqın bir obraz yaradılmışdır. Bunlardan ən dəhşətlisi Koroğlunun Cəlalilər hərəkatı ilə “calağıdır”.
Cəlalilər Hərəkatı Osmanlı qoşunlarının Vyana qapılarına dayandığı və Roma İmperiyasını çökdürmək üzrə olduğu bir vaxtda, Osmanlı dövlətinin içində yaranmış və məhz orduya qarşı yaradılmış bir hərəkat idi ki, bunun da Romadan qaynaqlanması və maliyyələşməsi artıq çoxdan təsdiq olunmuş bir faktdır. Cəlalilər Hərəkatı məhz Paşaları hədəf almışdı. Niyəsi isə ondan ibarətdir ki, Osmanlının ordu quruculuğunda Soltanın stabil və dayanaqlı ordusu olsa da bu Osmanlı dövlətinin ordusunun çox kiçik bir hissəsini təşkil edirdi. Osmanlı yürüşləri zamanı ordunu əsasən Paşalar toplayardı ki, bunu da indiki anlamda səfərbərlik kimi başa düşə bilərik. Səfərbərliyi Paşalar, yəni generallar operativ şəkildə təşkil etdikləri üçün onların aradan götürülməsi birinci növbədə ordunun toplanmasına əngəlin ən asas şərtlərindən idi. Digər tərəfdən isə Roma ilə müharibə vəziyyətində ikən Osmanlının daxilində silahlı qiyam qaldirmaq dövlətin zəfləməsi və ordunun cəbhədən çəkilməsinə hesablanmış bir addımdan başqa bir şey ola bilməzdi. Məhz bu səbəbdən də bir çox tarixçilər hesab edirlər ki, Cəlalilər əslində bu gün Türkiyəyə qarşı yaradılmış PKK-nın Osmanlı üçün anologiyasıdır. Yəni əslində Cəlalılər Osmanlıya qarşı yaradılmış, Osmanlını zəiflətmək məqsədi güdən indiki anlamda desək bir terror təşkilatı olub. Yəni dövrünün PKK-sı.
Bu hərəkatın başında duran Rövşən isə özünə Koroğlu ləqəbi götürmüşdü. Əslində isə Rövşən Romaya xidmət edən və Osmanlı üçün bir vətən xainidir. Koroğlu isə bütün türk xalqlarının dastanıdır və dastanın qəhrəmanı olan Koroğlu sadəcə bir əfsanəvi obrazdır. Koroğli dastanı daha qədimlərə gedir və bir çox araşdırmaçılar Koroğlunun tarixinin bizə məlum olmadığını söyləyirlər. Tanınmış yazıçı Əlisa Nicat bu dastanın bizə məlum olan tarixdən də qədim qaynaqlarda rast gəlindiyini deyir.
Redaksiyadan: Baş redaktorumuzun yuxarıda qeyd olunan bu fikirləri elmi araşdırmaçı filologiya üzrə fəlsəfə doktoru, koroğluşünas alim İslam Sadığı redaksiyamıza gətirdi. Dəyərli alimimiz qəzetimizin milli mövqeyini dəstəklədiyini və alqışladığını bidirdi. İ. Sadıqla baş redaktorumuzun görüşündə qəzetimizin dəyərli yazarlarından olan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun elmi işçisi Əli Kərimbəyli də iştirak etdi. Alimlərimiz bildirdilər ki, onlarda bu qəzetə marağı qəzetin həm çap, həm də elektron variantında olan “elm”, “ədəbiyyat” və “folklor” rubrikaları yaradıb. Folklor rubrikası üzərində fikir mübadiləsi apardıqdan sonra İslam Sadıq baş redaktorumuzda folklorumuza olan bu sevgiyə görə araşdırmaçısı olduğu Koroğlu dastanı barədə qəzetimizə elmi araşdırma təqdim edəcəyini bildirdi. Alimimizin baş redaktorumuzla razılaşmadığı bəzi məqamlar oldu. Məsələn, İ.Sadığa görə Cəlalilər Hərəkatına terror təşkilatı kimi baxmaq düz deyil, yaxud da Rövşən adına elmi tədqiqatlarda heç vaxt rast gəlmədiyini bildirdi. Lakin götürülmüş ayamalarla bağlı koroğluşünas alim daha maraqlı məqamlara toxundu və daha geniş açıqlama verdi: sən demə Cəlalilər hərəkatında təkcə Koroğlu yox, Dəli Həsən, Giziroğlu və digər personajların da ləqəbləri olub.
Beləliklə dəyərli alimimizin Azərbaycanda ən dəqiq koroğluşünas kimi tanınan tədqiqatçı İslam Sadığın Koroğlu dastanı ilə bağlı qəzetimizə və saytımıza hazirladığı məqaləni diqqətinizə catdırırıq. Diqqət edin, çünki çoxunuz bilmirsiniz ki...
Kitabi-Dədə Qorquddan və Koroğludan sonra Azərbaycan folklorunda Türk maddi-mənəvi mədəniyyətinin bəşəri ideallarla yoğrulmuş milli xarakterini hərtərəfli əhatə edən üçüncü bir əsər yoxdur. Bu iki əsər dünya epos silsiləsinin qoşa zirvəsidir. Sovetlər vaxtı uzun illər Dədə Qorqudun nəşri qadağan edilmişdir. Koroğluya isə düşüncəli şəkildə yabançı don geydirilmiş, əsər kəndli üsyanının Cəlalilər hərəkatının bədii inikasi adlandırılmışdır. Koroğluya üsyançı damğası vurulmuşdur. Eposun yaranması XVI-XVII əsrlərə bağlanmış və bunlarda məqsəd Türklərə qarşı nifrət oyatmaq olmuşdur. Təəssüflər olsun ki, sovet ideologiyasının təsiri hələ beyinlərdən silinməmişdir. Koroğlu yenə Cəlalilər hərəkatı ilə bağlanır, üsyançı kimi qələmə verilir. Koroğlunu həm tarixi şəxsiyyət kimi Cəlalilər hərəkatının iştirakçısı həm də nəğmələri oxunan aşıq kimi təqdim edən A. Təbrizli dastanın fəal iştirakçılarından olan Giziroğlu Mustafa bəyin də adını çəkmiş bu qiyamların baş qaldırdığı yerləri də xatırlatmışdır. Bu sözləri söyləyənlər Sovet dönəmində olduğu kimi, yalnız A. Təbrizlinin “tarix kitabı”na söykənirlər. Bu kitabı isə diqqətlə oxumadıqları hiss olunur, çünki orda da tarixlər kobud şəkildə saxtalaşdırılmışdır. Məs: Çaldıran döyüşünün 1515-ci ildə baş verdiyi, Şah İsmayılın 1576-ci ildə öldüyü yazılır. Kitabı çapa hazırlayan L. A. Xanlaryan yazır ki, “A. Təbrizlinin” kitabında bir çox erməni xronikaçılarının səhvləri təkrar olunmuşdur”. Daha sonra deyir: “Kitabda müəllif hadisələrə öz münasibətini və orta əsr nümayəndələri üçün səciyyəvi olan mənalarda birbaşa öz hisslərini-özü də tamamilə kobud formada qələmə almışdır”. Bəzi erməni tarixçiləri hətta kitabdakı bölmələrdən birinin A. Təbrizli tərəfindən yazılmadığını iddia edirlər. Bütün bunlar kitabın erməni marağına uyğunlaşdırılmasına xidmət etmişdir. Burda iki məsələyə münasibət bildirməyin də çox böyük əhəmiyyəti var. Birincisi, A. Təbrizli Cəlalilərin adam əti yediklərini söyləmişdir. Görəsən adam əti yeyənləri də xalq bu qədər sevib, onların adlarına möhtəşəm epos yaradarmı?! Müəllif bununla Türkun bütün milli-mənəvi keyfiyyətlərinin daşıyıcısı olan Koroğlu kimi mükəmməl bir obrazın dahiliyi üzərinə kölgə salmaq məqsədi güdməmişdirmi?!
Məncə deyilənlərdən sonra A.Təbrizlinin kitabına istinad etməyin nəticəsi bundan yaxşı ola bilməzdi, çünki əyri ağaca söykənib düz durmaq olmaz. Ona görə bütün araşdırmalarda ən etibarlı mənbə eposun özü olmalıdır. Eposun özündə isə nə “üsyan” var, nə də “qiyam” . “Koroğlu” eposunun heç bir kəndli üsyanı ilə əlaqəsi yoxdur. Bu fikrin təsdiqi üçün dastanın ayrı-ayrı qollarını gözdən keçirmək kifayətdir.
“Alı kişi” qolunda Hasan paşanın sözü ilə Həsən xan Alı kişinin gözlərini çıxartdırır. Alı kişi gözlərinin əvəzində Qıratla Düratı istəyir və alır. Alı kişi və Rövşən Həsən xandan intiqamlarını alıb Çənlibelə qaçır və orda yurd salırlar.
“Koroğlu ilə Dəli Həsən” qolunda Koroğlu dəli Həsənlə qarşılaşır. Aralarında dava düşür. Koroğlu qalib gəlir və o gündən Dəli Həsən Koroğluya qoşulur.
“Koroğlunun İstanbul səfər”ində Bəlli Əhməd Nigar xanımdan namə gətirir. Koroğlu Nigar xanımın dalınca İstanbula gedir və onu Çənlibelə gətirir.
“Dəmirçioğlunun Çənlibelə gəlməyi” qolunda Koroğlu Naxçıvanda Qıratı nallatmaq üçün nalbəndin yanına gəlir. Burda Dəmirçioğlunun güc -qüvvətini görür. Koroğlu gedəndən sonra atası oğluna deyir ki, o Koroğlu idi. Dəmirçioğlu onunla haqq-hesabı çürütmək üçün Çənlibelə gedir və orda onunla görüşür, nəticədə isə biryolluq onun yanında qalır .
“Koroğlunun Ərzurum səfəri”ndə Aşıq Cünun Çənlibelə gəlib Cəfər paşanın bacısı Telli xanımın tərifini Koroğluya söyləyir. Dəmirçioğlu Telli xanımın dalınca Ərzuruma gedir, Cəfər paşa onu namərdliklə tutur. Koroğlu və dəlilər köməyə gəlib Dəmirçioğlunu xilas edirlər.
“Eyvazın Çənlibelə gətirilməsi” qolunda Koroğlu Eyvazın dalınca Təkə-Türkmana yola düşür. Eyvazı Qıratın tərkinə alıb Çənlibelə sarı üz tutur. Yolda Ərəb Reyhan qabağını kəsir. Koroğlu Ərəb Reyhanı məğlub edib Eyvazı Çənlibelə gətirir.
“Durna Teli” qolunda Dəmirçioğlu, Bəlli Əhməd və Eyvaz Bağdada durna teli gətirməyə gedirlər. Aslan paşa onları tutur. Xoca Əziz Bağdaddan Çənlibelə xəbər çatdırır, Koroğlu və dəlilər Bağdada gedib dəliləri azad edirlər.
“Həmzənin Qıratı aparması” qolunda Keçəl Həmzə Düratı oğurlayıb qaçır. Koroğlu da Qıratı minib onun dalınca düşür. Dəyirmanda Keçəl Həmzə Koroğlunu ikinci dəfə aldadib Düratı verir Qıratı alır. Koroğlu Qıratin dalınca Toqata gedir. Həmzə onun üzəngisini basır. Koroğlu Qıratın belinə sıçrayıb üz tutur Çənlibelə sarı.
“Məhbub xanımın Çənlibelə gəlməyi” qolunda Bəlli Əhməd Məhbub xanımın dalınca Ruma gedir. Rum paşası Bəlli Əhmədi tutub quyuya salır. Məhbub xanım öz qarabaşı ilə bu xəbəri Çənlibelə çatdırır. Tanrıtanımazla Tüpdağıdan Ruma gəlib Bəlli Əhmədi quyudan çıxarır və Çənlibelə üz tuturlar. Heç bir dava-zad da etmirlər.
“Koroğlunun Bəyazid səfəri”ndə Əhməd tacirbaşı Koroğluya tələ qurur. Koroğludan ceyran kababı istəyir. Eyvaz, Halaypozan, Toxmaqvuran ceyran əti üçün Bəyazidə gedirlər. Xəlil Paşa Eyvazgili tutur. Koroğlu və dəlilər onların dalınca Bəyazidə gedir, dəliləri qurtarır. Xəlil paşanın başını isə Qırat üzür.
“Qulun qaçması” qolunda qul qorxusundan yolunu dəyişib Ələmqulu xanın yanına gedir. Onu aldadır. Dəmirçioğlu, Bürcüoğlu Məmməd və Tanrıtanımaz qulun dalınca gedirlər. Ələmqulu xan onların üstünə qoşun çəkir. Dəlilər qoşunu qatım-qatım qatlayırlar. Ruqiyyə xanım işləri razılıqla yoluna qoyur, ancaq Bürcüoğlu Məmməd Ruqiyə xanıma vurulur. Koroğlu dəliləri götürüb Ələmqulu xanın üzərinə gedir. Ancaq dava eləmək əvəzinə Ələmqulu xanla qohum olur.
“Düratın itməsi” qolunda Koroğlunun ilxısı gəlib Ballıcaya çıxır. Qara xan onu tutur. Qara xanın ilxıçısı bu xəbəri Çənlibelə çatdırır. Koroğlu dəliləri də başında Ballıcaya üz tutur. Qara xan ilxını xoşluqla vermir, Koroğlu ilxısını da götürüb Çənlibelə qayıdır.
“Koroğlu ilə Bolu bəy” qolunda Bolu bəy Çənlibelə qoşun çəkib Koroğlunu namərdliklə tutub Ərzincana aparır. Xoca Əziz Çənlibelə xəbər çatdırır. İsabalı Koroğlunun dalınca Ərzincana gedir. Dünya xanım onu Koroğlunun yanına gətirir. İsabalı Koroğlunu quyudan çıxarır və özlərini qoşuna vururlar. Qoşun qaçır, Bolu bəy isə Koroğlunun qılıncına tuş gəlir.
“Koroğlunun Qars səfəri”ndə Koroğlu Hürü xanımın ismarıcıyla Qarsa gedir. Koroğlunu tanıyırlar və onu tutmaq üçün qoşun tökürlər, ancaq Koroğlunun ağzı düşür başqa yola, gecə gedib bir minarəyə çıxır. Hürü xanım Çənlibelə xəbər göndərir. Xan Eyvaz dəlilər də başında Qarsı mühasirəyə alır. Eyvaz Ərəb Reyhanla güləşir və onu öldürür. Koroğlunu və Hürü xanımı da götürüb Çənlibelə qayıdırlar.
“Koroğlunun Dərbənd səfəri”ndə Koroğlu Dərbəndə gedir. Ərəb paşanın qızı Mömünə xanımla evlənir. Ondan bir oğlu olur. Adını Həsən qoyurlar. Həsən böyüyüb atasının dalınca Çənlibelə gedir. Koroğlu ilə rastlaşır, güləşir və axır ki, Koroğlunun oğlu olduğunu söyləyir, ata-oğul qucaqlaşırlar.
“Hasan paşanın Çənlibelə gəlməsi” qolunda Hasan paşanın özü qoşun toplayıb Çənlibelə hücum edir. Çənlibelin ətəyində qoşunu gizlədir və Koroğlunu tələyə salmaq istəyir. Koroğlu işi başa düşür, Hasan paşanın qoşunundan qırdıqlarını qırır, qalanını da paşa ilə birlikdə Çənlibelə əsir gətirirlər.
“Mərcan xanımın Çənlibelə gəlməyi” qolunda Eyvaz Ruma getməli olduğu halda, heç kəsə demədən Bəyazidə gedir. Mahmud Paşa Eyvazı tutub zindana saldırır. Dəli Həsən və Qurdoğlu, Koroğlu və dəlilər Eyvazın dalınca Ruma gedirlər. Eyvazı orda tapmayıb Bəyazidə yola düşürlər. Şəhərə girəndə Eyvazın “asıldığını” görürlər. Bəyaziddə bir qırğın olur ki, gəl görəsən. Qara kəcavə yola düşür. Gətirib Eyvazı “dəfn edirlər”. Səhərisi Eyvaz özü gəlib yağı qoruğuna çatır. Məlum olur ki, dəfn olunan Eyvaz deyilmiş. Çünki Mərcan xanımın tədbiri ilə Kankanoğlu Eyvazı zindandan çıxarıb Əmir xanı onun yerinə uzadıbmış və dar ağacından da onu asıblarmış.
“Koroğlunun qocalığı” qolunda Koroğlu dəliləri başından dağıdır və Çənlibeldə Nigarla tək qalır. Paşalar, xanlar birləşib onun üzərinə gəlirlər. Bu xəbəri eşidən dəlilər təzədən Koroğlunun başına yığışırlar və bir də dağılmırlar.
Bu qolların heç birində nə kəndli üsyanının, nə də Cəlalilər hərəkatının izi yoxdur, hətta Koroğlu həqiqətən Cəlalilər üsyanının başçılarlndan biri olsaydı belə, dastanı həmin hərəkatla bağlamaq üçün heç bir əsas yoxdur. Axı üsyan “köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxışlara” deyilir. Koroğlu dastanında isə heç bir icitimai quruluşu yıxıb, yenisini qurmaq barədə söhbət getmir. Nə Koroğlunun, nə də dəlilərin, ümumiyyətlə yeni quruluş yaratmaq məqsədləri yoxdur. Əgər tədqiqatçılar Koroğlunun paşalarla, bəy və xanlarla silahlı vuruşlarını üsyan adlandırırlarsa, bu da səhv fikirdir. Əvvəla ona görə ki, bu silahlı vuruşmaların hamısını paşalar, xanlar və bəylər başlayırlar. Koroğlu heç vaxt bu təşəbbüsdə bulunmur. İkincisi, Koroğlu həmin döyüşlərdə qalib gəlir, paşaları, xanları və bəyləri ya öldürür, ya əsir alır, ya qaçıb aradan çıxmağa vadar edir, ancaq onların yerinə göz dikmir, deməli könlündən paşalıq, xanlıq, bəylik keçmir. Bu da o deməkdir ki, Koroğlu heç vaxt heç kimə qarşı üsyan etməmişdir. Koroğlunun bir üsyançı kimi kitabdan-kitaba düşməsi ilkin mənbələrə kor-koranə yanaşmağın, onları saf-çürük etməməyin, əldə olan qaynaqlara tənqidi yanaşmamağın nəticəsidir. Koroğlu haqqında ilkin məlumat verənlər Arakel Təbrizli və İlyas Muşeqdir. Arakel “Tarix kitabı”nda Koroğlunu yalnız üsyançı kimi qələmə vermiş və onun Cəlalilər üsyanının başçılarından biri olduğunu yazmış, haqqında heç bir əlavə bilgi verməmişdir. Arakel Təbrizli Koroğlunun aşıqlığı və şairliyi barədə bir kəlmə söyləməmişdir. Məhz onun məlumatının bu cəhətini nəzərə alaraq demək olar ki, A. Təbrizlinin kitabında adı çəkilən Koroğlu xalq qəhrəmanı Koroğlu deyil.
(davamı gələn sayımızda)

Bu xəbər oxucular tərəfindən 11276 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |